Goranboyda bir ailə digər ailənin evinə basqın edib

Goranboyda silahlı insident olub.

Börü qəsəbəsi ərazisində yerləşən otlaq sahəsində 1993-cü il təvəllüdlü Məmmədov Surət Mətləb oğlu qardaşı Məmmədov Samir Mətləb oğlu, anası Əliyeva Şəfiqə Əli qızı və atası Məmmədov Mətləb Soltan oğlu ilə birlikdə həmin qəsəbədə yaşayan Asəf Yunislinin evinin həyətinə daxil olaraq özü ilə gətirdiyi 1967-ci il təvəllüdlü Zamanov Elxan Yunus oğluna odlu silahdan 1 dəfə atəş açıblar.

Surət Məmmədov həmçinin həmin silahın qundağı və dəyənəklə sonuncu ilə yanaşı, onun ailə üzvləri Yunisli Asəf Elxan oğlu və Zamanova Maniyə Aydın qızını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.