Goranboyda döşəmə çökən binadan 60 ailə evakuasiya edilib

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli altı bloklu yaşayış binasında 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib.

Bu barədə APA-nın yerli bürosuna Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.

Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib: “Binalarda yaşayan ailələri adiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.