Goranboyda xəndəyə yıxılan 50 yaşlı usta ölüb

Goranboyda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıqdan sexdə olan xəndəyə yıxılıb.

50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

İranın hücumundan sonra İsrail Qəzzada quru əməliyyatını təxirə salıb

Sonrakı məqalə

Ərdoğan Qətər əmri ilə Qəzzaya humanitar yardımı müzakirə edib