Göyçayda yol qəzasında bir polis ölüb, digəri xəsarət alıb –FOTO

Daxili İşlər Nazirliyi (DİN) Göyçayda polis əməkdaşlarının qəzaya düşməsi ilə bağlı təfərrüatları açıqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, bu gün axşam 21:00 radələrində Göyçay rayonu ərazisində Rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı Məzahir Mirzəliyev xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Mersedes” markalı avtomobili aşırıb.
Qəza nəticəsində sürücü M.Mirzəliyev xəsarət alıb, avtomobildə olan polis serjantı Murad Babayev isə hədisə yerində vəfat edib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, M.Mirzəliyev Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdı, M.Babayev isə polis şöbəsində rabitəçi vəzifəsində çalışırdı. Hər iki şəxs bu yaxınlarda polis şöbəsində xidmətə başlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevlə Rəisi görüşdü –

Sonrakı məqalə

Qoşulmama Hərəkatının iclası Azərbaycanda keçiriləcək