Son günlər müşahidə olunan qarlı və şaxtalı havalar nəticəsində Göygöl donub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, gölün üstü buz bağlayıb və üzərinə 20 sm-dək qar yağıb. Ərazidə olan Maralgöl və digər göllərin də üzəri buz bağlayıb.Hazırda ərazidə yağıntı davam etdiyindən gölün üst qatının buz bağlaması ilə yanaşı, qarın hündürlüyü də artıb. Qar ətrafda xoş mənzərə yaradıb.
Göygöl Milli Parkının direktoru Fuad Quilev bildirib ki, park ərazisinə gələn turistlər hava şəraitinə görə ancaq bələdçi ilə getməlidirlər.
O da qeyd edilib ki, qarın intensivləşməsi səbəindən təhlükəli vəziyyət nəzərə alınaraq, bəzi marşrutlar üzrə hərəkətlər məhdudlaşdırılıb.
Həmin ərazidən foto və videoları təqdim edirik:
-
Göygöl