“Gözlənilən yüksək temperatur nəinki meteohəssas insanlar, hamı üçün əlverişsizdir”- Umayra Tağıyeva

“Baş verən iqlim dəyişmələrinin təzahürlərindən biri də yay aylarında güclü isti günlərin sayının artmasıdır”.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Xidmət rəisi əlavə edib ki, sinoptiklərin xəbərdarlığına görə, iyunun 13-14-də Abşeron yarımadası və Bakı şəhərində havanın temperaturunun 40 dərəcəyədək, aran bölgədə isə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.

“Belə temperatur şəraiti nəinki meteohəssas insanlar, hətta bütün əhali üçün çox əlverişsizdir.

Gündüz saatlarında günvurma və istivurma təhlükəsi bu riski bir qədər də artırır. Lakin müəyyən tədbirlər görməklə güclü istilərin mənfi təsirlərindən qorunmaq mümkündür.

Məsələ, vacib olmadığı halda günəş şüalarının daha aktiv olduğu saat 11-dən 17-dək küçəyə çıxmamaq. Əgər küçəyə çıxmaq məcburiyyətindəsinizsə baş örtüyündən və ya çətirdən istifadə edin, kölgəli yerlərdə olmağa çalışın, özünüzlə su götürün və s.”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olundu –

Sonrakı məqalə

Bakıda karantin rejimini pozan şəxslər barəsində cinayət işi başlanıb