Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

“Green City”də pul qalmaqalı

Orkhan Ali 14 İyul 2025 - 13:13 (Last updated: 14 İyul 2025 - 11:15)
Screenshot_20250714_111306

Bakıda yerləşən “Green City Resort & Residence” kompleksinə daxil olan “Sunrise by Green City” hovuz məkanı sosial şəbəkələrdə müştəri narazılığı ilə gündəmə gəlib.

AzPost xəbər verir ki, ziyarətçilərdən biri istirahət zamanı qarşılaşdığı qeyri-şəffaf ödəniş təcrübəsini ictimailəşdirib və obyektin xidmətindən ciddi narazılıq ifadə edib.

Müştərinin sözlərinə görə, ərazi daxilində bütün ödənişlər qolbaq vasitəsilə həyata keçirilir və bu qolbaqlara əvvəlcədən vəsait yüklənir. Onlar cəmi otuz beş manatlıq sifariş versələr də, ödənişi birbaşa özləri edə bilməyiblər. Qolbağı ofisiant apararaq ödənişi özü edib və dəfələrlə geri qaytarmaqdan imtina edib.

İstirahət başa çatdıqda isə sürprizlə qarşılaşıblar – bildirilib ki, əlavə olaraq iyirmi iki manat da qolbaqdan çıxılıb və bu vəsaitin hansı sifarişə getdiyi məlum deyil. Müştəri bu barədə heç bir məlumat verilmədiyini, həmçinin qalan məbləğin də geri qaytarılmadığını deyib.

Məsələnin hüquqi tərəfinə gəldikdə, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, müştəriyə göstərilən xidmətin şərtləri əvvəlcədən açıq və dəqiq izah edilməlidir. Müştərinin xəbəri və razılığı olmadan hesabından əlavə vəsait tutulması qanun pozuntusu hesab olunur.

Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanuna görə, elektron ödəniş sistemlərində şəffaflıq və müştərinin məlumatlandırılması əsas prinsipdir. Belə hallarda vətəndaşlar aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər.

AzPost.az

Post navigation

Previous: Narkomaniya əleyhinə layihənin icrası başa çatıb
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.