“Güclərimizi birləşdirək!”- Britaniya kəşfiyyatı rusları əməkdaşlığa ÇAĞIRDI

Britaniya xarici kəşfiyyat xidməti Mİ6-nın rəhbəri Riçard Mur Ukrayna ilə müharibəyə və prezident Vladimir Putinin siyasətinə qarşı çıxan rusları qan tökülməsinə son qoymaq üçün gücləri birləşdirməyə çağırıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bir çox Rusiya vətəndaşı Ukrayna şəhərlərinin necə məhv edildiyini dəhşətlə izləyir.

“Onlar dərindən bilirlər ki, Putinin qohum slavyan xalqına hücumla bağlı arqumentləri saxtadır, yalan və fantaziyalardır. Mən onları bizimlə birləşməyə dəvət edirəm”, – Mur deyib.

O qeyd edib ki, Mİ6 rusların yardım təkliflərinə diqqət və peşəkarlıqla yanaşacaq, sirlərinin etibarlı təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də Rusiya vətəndaşlarına da oxşar müraciət etmişdi.

Mur, həmçinin Rusiyanın uzun sürən müharibədə uğur qazanmasının çətin olduğunu bildirib. Onun sözlərinə görə, Putin ciddi təzyiq altındadır: “Onun yaxın çevrəsində dərin çatlar yaranıb və bunu “Vaqner”in lideri Yevgeni Priqojinin qiyamı açıq şəkildə nümayiş etdirib”.

Azpost.info

Əvvəlki məqalə

XİN-in “qara siyahı”sından çıxarılmış əcnəbi jurnalistlərin –

Sonrakı məqalə

Kanada Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına qoşulur