Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Güclü  ağrılara dözə bilən insanlar psixopatdırlar –

User 17 Yanvar 2026 - 16:42 (Last updated: 17 Yanvar 2026 - 11:53)
psıxopat

psıxopat

Güclü  ağrılara dözə bilən insanlar psixopatdırlar.

Azpost.info bildirir ki, bunu Niderlandın Radboud Universitetinin alimləri müəyyən ediblər.

Araşdırmanın nəticələri Communications Psychology (ComPsy) jurnalında dərc olunub.

Tədqiqatda şəxsiyyətində psixopatik xüsusiyyətlərə dair sorğudan və ağrıya həssaslıq testindən keçən 106 könüllü iştirak edib. Təcrübə zamanı iştirakçılara ağrı həddi və ağrı dözümlülüyünü müəyyən etmək üçün qollarına zəif, lakin artan elektrik cəryanı verilib.

İştirakçılar daha sonra iki variantdan birini seçərək kompüterdə tapşırıqları yerinə yetiriblər: pul mükafatı yaxud pul cəriməsi və ya ağrılı elektrik cəryanı olan cəza. Tədqiqatçılar iştirakçıların davranışlarını izləyib, onların hər birinin mükafat və ya cəzadan sonra, xüsusən də ağrıya məruz qalmadan sonra seçimlərini dəyişib-dəyişməmələrinə baxıblar.

Nəticələr göstərib ki, psixopatik şəxsiyyət xüsusiyyətlərinə malik olan iştirakçılar hətta ağrılı elektrik cəryanı zərbəsi aldıqda belə davranışlarını dəyişməyiblər. Alimlər qeyd ediblər ki, psixopatlar sanki cəzanı hiss etmirlər və ya ağrılı nəticələrdən dərs almırlar. Bu insanların həddən artıq mükafat qazanmaq istəyi var ki, bu da onları daha impulsiv və israrlı edir.

Psixopatiya həm də empatiyanın olmaması, şəfqət qabiliyyətinin azalması, səmimi tövbə edə bilməməsi, eləcə də eqo və  emosional reaksiyalarla xarakterizə olunur.

AzPost.az

Post navigation

Previous: Bakı 80 il əvvəl çəkilmiş kinokadrlarda –
Next: Süni kök hüceyrələri görmə problemini aradan qaldırır –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər...
Read more about Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı paşinyan
  • Dünya

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı

User 29 Oktyabr 2026 - 14:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.