Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Süni kök hüceyrələri görmə problemini aradan qaldırır –

User 17 Yanvar 2026 - 17:03 (Last updated: 17 Yanvar 2026 - 11:53)
Göz həkimi

Göz həkimi

Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib.

Anadolu Agentliyi xəbər verir ki, Yaponiya və İngiltərədən olan alimlər görmə pozuntusunun müalicəsində istifadə etdikləri süni kök hüceyrələrin uğurlu nəticələr verdiyini bildiriblər.

İngiltərədəki Kardiff Universiteti, Yaponiyadakı iPS Hüceyrə Tədqiqat və Tətbiq Mərkəzi (CiRA) və Osaka Universitetindən olan alimlər, ağır dərəcədə görmə pozuntusu olan 4 nəfərin buynuz qişasına “induksiya olunmuş pluripotent kök hüceyrələr” (iPS) köçürüb. Tədqiqatçılar, süni şəkildə hazırlanmış bu kök hüceyrələrin köçürüldüyü, ağır dərəcədə görmə pozuntusu olan 3 xəstənin görmə qabiliyyətində 1 ildən çox bir müddətdə əhəmiyyətli irəliləyişlər müşahidə olunduğunu bildiriblər. Sonuncu xəstənin də görmə qabiliyyətində yaxşılaşmalar müşahidə olunsa da, bunun uzun sürmədiyini qeyd ediblər.

Tədqiqatçılar xəstələrin indiyədək hər hansı bir əks təsirlə qarşılaşmadığını və müalicə üsulunun təsirlərinin daha yaxşı müşahidə edilə bilməsi üçün daha çox köçürməyə ehtiyac olduğunu diqqətə çatdırıblar.

ABŞ mərkəzli Mayo Klinik xəstəxanasının internet saytında verilən məlumatlara görə, iPS-lər, normal bir hüceyrədəki genləri dəyişdirərək embrion kök hüceyrə əldə edilməsinə imkan yaradır. 3-5 günlük embrionlardan əldə edilən embrion kök hüceyrələri bədəndəki istənilən hüceyrə növünə çevrilə bilir və buna görə də bədəndəki xəstə toxuma və orqanları bərpa edə bilir. İnduksiya olunmuş pluripotent kök hüceyrələr (iPS) ilk dəfə Yaponiyanın Kyoto Universitetindən Şinya Yamanaka tərəfindən hazırlanmışdı. Yamanaka bu kəşfi ilə 2012-ci ildə Nobel Tibb Mükafatına layiq görülmüşdü. İPS-lərlə ilk klinik sınaqlar Yaponiyanın Riken İnstitutu tərəfindən 2014-cü ildə həyata keçirilmişdi. Sınaqlarda süni şəkildə yaradılmış kök hüceyrələrlə hazırlanmış sağlam göz retina toxuması bir xəstəyə köçürülmüşdü. iPS-lər, həmçinin Parkinson və ürək xəstəliklərinin müalicəsində, ilik köçürmə və onurğa sütununun bərpasında da istifadə edilmişdi.

AzPost.az

Post navigation

Previous: Güclü  ağrılara dözə bilən insanlar psixopatdırlar –
Next: Bank kartınızı təhlükəsiz saxlamağın 5 sirri –

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.