Güləşçi Hacı Əliyev Olimpiadaya lisenziya qazanıb

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Əliabbas Rzazadə ( 57 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.