“Günəş şüası koronavirusu bir dəqiqəyə məhv edir” –

Trampdan maraqlı açıqlama
24 Aprel 2020 - 09:50

“Koronavirus günəş şüasına məruz qaldıqda bir dəqiqədə məhv olur”.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, orqanizmi ultrabənövşəyi şüanın və ya sadəcə, çox güclü işığın təsirlərinə məruz qoymağımız şərtdir: “Əgər günəş şüasını dəri örtüyünə, eləcə də bədən daxilinə çatdıra bilsəniz, koronavirus bir dəqiqə ərzində məhv olur”.