Gürcü müxalifətinin çoxminli etiraz aksiyası başlanıb –Seçkinin nəticələrini tanımadılar

Gürcüstan müxalifət partiyalarının tərəfdarları Tiflisn mərkəzindəki parlament binasının qarşısına toplaşıblar. Onlar parlament seçkilərinin nəticələrinə etiraz edirlər.

Azpost.info Sputinik-Qruziya-ya istinadən bildirir ki, Rustaveli prospektinə bir neçə min etirazçı yığılıb. Onlar MSK-nın elan etdiyi nəticələrlə razı olmadıqlarını bildiriblər.

Hazırda aksiyada partiyaların gənclər qolunun təmsilçiləri çıxış edir. Meydanda həmçinin parlamentə keçmiş bütün müxalifət partiyalarının liderləri gəlib.

“Bu gündən etibarən biz yeni seçkilərə nail olana qədər hər gün bura gələcəyik”-deyə Milli Hərəkatın üzvü Salome Samadaşvili bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq” –

Sonrakı məqalə

“Ürəyim Azərbaycan əsgəri ilə döyünür, həyəcan içindəyəm” –