“Ürəyim Azərbaycan əsgəri ilə döyünür, həyəcan içindəyəm” –Məhəmməd Əmin Rəsulzadənin nəvəsi

“Azərbaycanın qəhrəman ordusunun Qarabağda apardığı uğurlu hərbi əməliyyatları izləyirəm. Hamımız həyəcan içindəyik. Tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, Qələbə gününü qeyd etməyi arzulayıram”.

Bu sözləri AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azpost.info-ya açıqlamasında bildirib.

O deyib ki, əsgərlərin qalibiyyətlə evə dönüşünü arzu edir: “Əsas odur ki, Qarabağımız azad olunsun. Buna Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tez bir zamanda nail olacağımıza əminəm. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğullarımza Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır”.

Qeyd edək ki, bu gün Rəis Rəsulzadənin doğum günüdür. Onun 74 yaşı tamam olur. R.Rəsulzadə dedi ki, müharibənin davam etdiyi bu günlərdə ad gününü qeyd etmək barədə düşünmür. Bütün diqqəti Azərbaycan Ordusunun yanındadır: “Ürəyim onlarla döyünür”

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcü müxalifətinin çoxminli etiraz aksiyası başlanıb –

Sonrakı məqalə

Düşmənin iki artilleriya batareyası məhv edilib –