Gürcüstan vətəndaşlarının 60 faizdən çoxu prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun əleyhinədir.
Azpost.info bildirir ki, bunu “Formula” telekanalının sifarişi ilə “Edison Research” tərəfindən keçirilən sosioloji sorğunun məlumatları sübut edir.
“Prezident Salome Zurabişvilinin impiçmentini nə dərəcədə dəstəkləyirsiniz və ya əleyhinəsiniz?” sualına 62% mənfi , 38% isə müsbət cavab verib.
Sorğu 2023-cü il sentyabrın 7-dən sentyabrın 24-dək aparılıb. Sorğuda səsvermə hüququ olan 1,5 min nəfər iştirak edib.
Qeyd edək ki, sentyabrın 1-də hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası prezidentə qarşı impiçment proseduruna başlandığını elan edib.
Azpost.info