Gürcüstan Aİ-nin tələbi ilə korrupsiyaya qarşı mübarizəni gücləndirir- İki yeni qurum yaradılır

Gürcüstan parlamentinə təqdim olunan yeni qanun layihəsinə əsasən, ölkədə iki yeni antikorrupsiya orqanı – Korrupsiyaya Qarşı Mübarizə Bürosu və Korrupsiyaya Qarşı Mübarizə İdarələrarası Şurası yaranacaq.

Azpost.info xəbər verir ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi Gürcüstanın Avropa İttifaqına namizəd statusu almaq üçün yerinə yetirməli olduğu 12 tövsiyədən biridir.

Korrupsiyaya Qarşı Mübarizə Bürosunun səlahiyyətlərinə antikorrupsiya strategiyasının hazırlanması, onun icrasına nəzarət edilməsi və ildə bir dəfə Milli Məclisə hesabat verilməsi daxildir. Büro rəhbərini müsabiqə komissiyasının təqdim etdiyi namizədlər sırasından ölkənin Baş naziri təyin edəcək.

Antikorrupsiya Şurası isə korrupsiyaya qarşı mübarizə strategiyasının və onun həyata keçirilməsi planının yaradılması üçün təkliflər hazırlayacaq.

Azpost.info

 

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Gülməli başlayıb ağlamalı bitən məşhur fim –