Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək

- Noyabrın 27-dən
25 Noyabr 2019 - 12:44

Noyabrın 27-dən Gürcüstan altı ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.

APA-nın yerli bürosunun Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, Gürcüstan sədrliyi Fransadan təhvil alacaq.

Sədrliyin təhvil verilməsi münasibəti ilə Strasburqda təntənəli mərasim keçiriləcək.

Gürcüstan XİN başçısı David Zalkaliani mərasimdə iştirak etmək üçün Strasburqa yola düşəcək.