Gürcüstan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək- Noyabrın 27-dən

Noyabrın 27-dən Gürcüstan altı ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək.

APA-nın yerli bürosunun Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, Gürcüstan sədrliyi Fransadan təhvil alacaq.

Sədrliyin təhvil verilməsi münasibəti ilə Strasburqda təntənəli mərasim keçiriləcək.

Gürcüstan XİN başçısı David Zalkaliani mərasimdə iştirak etmək üçün Strasburqa yola düşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda evdə partlayış olub

Sonrakı məqalə

Naxçıvan sakini Bakıda qətlə yetirilib