“Brüssel Tbilisinin Rusiya ilə birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənir”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.
“Gürcüstan hökumətinin Rusiya ilə uçuşların bərpasından və sanksiyalar altında olan şəxslərin ölkə ərazisinə daxil olmasına icazə vermək qərarından çox təəssüflənirik. Bu cür qərarlar Avropa İttifaqının siyasətinə və Ukraynadakı silahlı münaqişə səbəbindən Rusiyanın beynəlxalq səviyyədə təcrid edilməsi səylərinə ziddir”, – Borrel bildirib.
O əlavə edib ki, Brüssel Aİ-nin tərəfdaş ölkələrindən və onun bir hissəsi olmaq istəyənlərdən Avropanın siyasi qərarlarına əməl etməyi gözləyir.
Azpost.info