Gürcüstan İran-Azərbaycan sərhədində qalan vətəndaşlarını təxliyə edib

05 Mart 2020 - 15:01

Gürcüstan İran-Azərbaycan sərhədində qalan vətəndaşlarını təxliyə edib. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini Aleksander Xvtisiaşvili bildirib. O deyib ki, koronavirus (COVİD-19) səbəbi ilə Azərbaycanın Gürcüstanla sərhədlərini bağlamasından sonra İran tərəfində qalan Gürcüstan vətəndaşları artıq ölkəyə aparılıb.

“Həmin şəxslər Səhiyyə Nazirliyinin tövsiyə etdiyi protokola əsasən, müvafiq nəqliyyat vasitəsi ilə Təxliyə edilib. Təxliyə edilənlər karantinə alınıb”, – deyə nazir müavini əlavə edib.