Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Gürcüstan prezidenti mitinq təyin etdi

User 15 İyun 2022 - 09:09 (Last updated: 21 May 2025 - 20:15)
salome esas

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə mitinq elan edib və əhalini mitinqə dəvət edib. O mitinqin iyunun 15-də saat 19:00-da Avropa Meydanında keçiriləcəyini bəyan edib.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla prezident Salome Zurabişvili iyunun 14-də axşam keçirdiyi brinfinqdə çıxış edib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb. Bu səbəbdən Gürcüstanla əlaqədar iyunun 9-da yanlış qətnamə qəbul olunub. Buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir.

Prezident deyib: “Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə Gürcüstanın sağlam qüvvələrinin fəaliyyətsizliyinin nəticəsidir. Biz hamılıqla aksiyaya toplaşmaqla Avropaya öz birliyimizi göstərmiş olacağıq”.

S.Zurabişvili, həmçinin qeyd edib ki, ölkə “Assosiasiyalı trio” ölkələri – Gürcüstan, Ukrayna və Moldova arasında liderlikdən sonuncu yerə enib.

Qeyd edək ki, iyunun 9-da Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

Sənəddə Gürcüstanda medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxu, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub.

Eyni zamanda, sənəddə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.

Post navigation

Previous: ABŞ-da müəllimlər məktəbdə dərslərə silahla girəcəklər –
Next: Beynəlxalq konfransın nümayəndələri Şuşaya gəlib

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paket pensiyaçılar, sosial müavinət və...
Read more about Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.