Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanundan Konstitusiya Məhkəməsinə şikayət verəcək.
Azpost.info xəbər verir ki, bunu Gürcüstan liderinin maraqlarını müdafiə edəcək vəkil Eka Beselia deyib.
Prezident qanunun icrasının dayandırılmasını tələb edir.
“Bu gün iddia məhkəməyə göndəriləcək. Ümid edirəm ki, yaxın vaxtlarda iclas təyin olunacaq və u işə tez bir zamanda baxılacaq, çünki vaxt böyük əhəmiyyət kəsb edir”, – Beselia bildirib.
Mayın 14-də Gürcüstanda xarici agentlər haqqında qanun qəbul edilib. Zurabişvili qanuna veto qoysa da, sonradan deputatlar səs çoxluğu ilə vetonu ləğv ediblər.
Azpost.info