Gürcüstan prezidentinə qarşı impiçment proseduru başladılıb- 100 deputat səsi tələb olunur

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayıb.

Azpost.info xəbər verir ki, partiyanın sədri İrakli Qaribaşvili brifinqdə prezidentin ölkə hökumətindən icazə almadan Avropaya səfər etdiyini deyib.

Qaribaşvili bildirib ki, Salome Zurabişvili Gürcüstan Konstitusiyasını kobud şəkildə pozub.

Gürcüstanda impiçment üçün deputatların 100 səsi tələb olunur. “Gürcü Arzusu” partiyasının parlamentdə cəmi 84 səsi var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.