Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edilib

- Nazirdən açıqlama
04 İyul 2020 - 15:30

Gürcüstan hökuməti pandemiya dövründə ölkəyə gələcək əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən Gürcüstana səfər edəcək xarici iş adamları karantinə cəlb olunacaq və ya koronavirusla bağlı testdən keçəcəklər. Amma karantin və testlər ödənişli olacaq.

Bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava “İmedi” televiziya kanalına müsahibəsində söyləyib.

N.Turnava bildirib ki, bu xidmətlərə görə məbləğ çox böyük olmayacaq. “Bu qaydalar vətəndaşların sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədilə tətbiq ediləcək”, – deyə N.Turnava vurğulayıb.