Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq edilən məhdudiyyətlərin müddəti daha bir ay uzadılıb.
Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara mayın 22-dək məhdudiyyət qoyulmuşdu. Lakin təhlükənin dünyada hələ də davam etməsi səbəbindən tətbiq olunan qadağaların müddəti iyunun 30-dək uzadılıb.
Gürcüstana müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlərə bu barədə məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər yükdaşımalara şamil olunmur(azərtac).