Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq olunan qadağalar uzadılıb- İyunun 30-dək

Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq edilən məhdudiyyətlərin müddəti daha bir ay uzadılıb.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara mayın 22-dək məhdudiyyət qoyulmuşdu. Lakin təhlükənin dünyada hələ də davam etməsi səbəbindən tətbiq olunan qadağaların müddəti iyunun 30-dək uzadılıb.

Gürcüstana müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlərə bu barədə məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər yükdaşımalara şamil olunmur(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək

Sonrakı məqalə

İran məktəblərində tədris prosesi bərpa olunub