“Gürcüstanda hakimiyyət dəyişir”-Mixeil Saakaşvili

““Gürcü Arzusu” bu gün parlament seçkilərində uduzub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır”-

Sonrakı məqalə

Gürcüstandakı seçkilərlə bağlı “exit-poll” nəticələri açıqlanıb