Gürcüstanda koronavirusdan ölüm göstəricisi açıqlandı

30 Aprel 2020 - 15:42

Gürcüstanda koronavirusdan ölüm göstəricisi 1,1% təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, bu göstərici Avropa ölkələri arasında ən aşağı göstəricilərdən biridir.

A.Qamkrelidze qeyd edib ki, idniyədək ölkədə 539 nəfərdə koronavirus aşkarlanıb ki, onların 179-u sağalıb, 6-sı isə ölüb.