Gürcüstanda daxili turizmin bərpası işləri çərçivəsində muzeylərin də açılmasına qərar verilib.
“Report”un yerli bürosu xəbər verir ki, qərarı ölkənin Dövlət Qurumları arası Koordinasiya Şurası qəbul edib.
Muzey heyəti və ziyarətçilər üçün xüsusi qaydalar hazırlanıb.
Qeyd edək ki, qonşu ölkədə daxili turizm iyunun 15-dən bərpa olunub.