Gürcüstanda zəlzələ olub- 4 bal gücündə

Gürcüstanda gecə saatlarında ard-arda iki dəfə zəlzələ olub.

Bu barədə Gürcüstan Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Samtsxe-Cavaxetiya regionunun Ninotsminda şəhərindən 24 kilometr aralıda, Sameba kəndi yaxınlığında qeydə alınıb.

Birinci təkanlar 4 bal, ikincisi isə 3,5 bal gücündə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.