Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə ediləcək vətəndaşlar 11 iyul tarixində Tbilisidə COVID-19 testindən keçiriləcəklər.

Testlərin nəticəsi iyulun 12-də sonra açıqlanacaq.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar 13 iyul tarixində Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd keçid məntəqəsinə yollanacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qaçqınkom”da pozuntular aşkarlanıb-

Sonrakı məqalə

Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi ötən il 457 min manat cərimə ödəyib