Gürcüstanın Baş naziri Bakıya gəlir

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti xəbər yayıb.

Bildirilib ki, hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfərə gedib.

Məlumata görə, İrakli Qaribaşvili səfər çərçivəsində SPECA-nın 25-ci ildönümünə həsr edilmiş Zirvə görüşündə fəxri qonaq qismində iştirak edəcək, həmçinin hökumət başçılarının iştirakı ilə keçiriləcək paneldə çıxış edəcək.

İrakli Qaribaşvilinin həmçinin, Prezident İlham Əliyevlə görüşəcəyi qeyd olunub.

Əvvəlki məqalə

“Toyota” yarım milyon avtomobilini geri çağırıb

Sonrakı məqalə

İsraillə HƏMAS arasında 4 günlük atəşkəs bu gün qüvvəyə mindi