Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 6 milyard dolları ötüb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 2025-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 342,6 milyon dollar artaraq rekord həddə çatıb.

Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bankın məlumatına görə, hazırda ölkənin beynəlxalq valyuta ehtiyatları təxminən 6,16 milyard dolları təşkil edir.

Qeyd olunub ki, 2025-ci ilin dekabr ayı etibarilə beynəlxalq valyuta ehtiyatlarında qızılın payı 16,3 faiz (1,002,3 milyon dollar) təşkil edir. Qızılın qiymətindəki dəyişiklik nəticəsində monetar qızılın dəyəri əldə edildiyi andan bəri ikiqat artaraq 502,3 milyon dollar təşkil edib ki, bu da Milli Bankın ehtiyatların diversifikasiyası strategiyasının etibarlılığını göstərir./Azərtac/

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.