Gürcüstanın dörd böyük şəhərinə giriş-çıxış bağlandı

16 Aprel 2020 - 08:50

Gürcüstanın dörd böyük şəhərinə – Tbilisi, Rustavi, Batumi və Kutaisi koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 10 gün müddətinə giriş-çıxış bağlanıb.

Dünən saat 21:00-dan etibarən şəhərlərə giriş-çıxış tam qadağan olunub.

Şəhərlərdə istənilən növ nəqliyyat növünün hərəkəti məhdudlaşdırılıb. Qadağalar ölkədaxili və beynəlxalq yük daşımalarına şamil olunmur.