Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək.

Bunu “APA-Economics”ə şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: “Şirkət olaraq bu xidmətin tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etmədi

Sonrakı məqalə

Gürcüstanın keçmiş parlament binası satışa çıxarılır