“Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından məyus olduq”- Aİ yetkilsi

Avropa İttifaqı (Aİ) Gürcüstanın Rusiya ilə birbaşa uçuşları bərpa etmək qərarından məyusdur.

Azpost.info xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin sözçüsü Peter Stano bildirib.

Stano qeyd edib ki, bu cür addımlar Gürcüstanın Avropa yolu ilə bağlı narahatlıq doğurur: “Gürcüstanın Rusiyaya və Rusiyadan reysləri bərpa etmək qərarından təəssüflənirik. Aİ və bir sıra tərəfdaşlar Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Aviasiya sektorunda Rusiyaya və bu ölkə üzərindən uçuşlara icazə vermirik. Gürcüstan hakimiyyətinin bu son qərarı ölkənin Avropa yolu ilə bağlı narahatlıqları artırır”.

Gürcüstan hakimiyyəti Rusiyanın “Azimut” şirkətinə Moskva və Tbilisi arasında uçuşlar üçün icazə verib. İlk uçuş mayın 19-da baş tutacaq, uçuşlar gündəlik həyata keçiriləcək.

Ölkənin Mülki Aviasiya Agentliyi yalnız Qərb ölkələrinin sanksiyalarına məruz qalmayan təyyarələrə uçuş icazəsiz verdiklərini deyib.

Azpost.info

Əvvəlki məqalə

Elxan Qasımovun səhhəti ilə bağlı son durum açıqlanıb

Sonrakı məqalə

Rusiya raketlərinin sayı barədə məlumatı açıqlamaqdan imtina edib