Gürcüstanın yeni təhlükəsizlik konsepsiyası hazırlanıb

Gürcüstanın yeni milli təhlükəsizlik konsepsiyası hazırlanıb.

Bu barədə ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.

Nazir deyib ki, sənəd Gürcüstan Milli Təhlükəsizlik Şurasının iyunun 23-də keçirilən iclasında müzakirə olunub. Konsepsiya hazırda aidiyyəti qurumlarla da razılaşdırılır. Yeni sənədin parlamentin payız sessiyasının gündəliyinə daxil edilməsi planlaşdırılır.

Nazir deyib ki, Gürcüstana qarşı təhdidlər qiymətləndirilərkən sənədin də üzərində yenilənmələr aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son 16 ildə orta məktəb məzunlarının sayı 35 faiz azalıb –

Sonrakı məqalə

Rusiya Qara dənizdə Britaniyanın hərbi gəmisinə atəş açıb-