Rusiya Qara dənizdə Britaniyanın hərbi gəmisinə atəş açıb-Dörd bomba atıb

Rusiya gəmisi Qara dənizdə Böyük Britaniyanın hərbi gəmisi istiqmətində xəbərdarlıq atəşi açıb.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya esminesi “Defender”in Rusiya sərhədinin pozulması dayandırılıb.
Saat 11.52-də ingilis gəmisi rus sərhədini keçərək 3 kilometr irəliləyib. Silah tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunub. Amma esminesin heyəti heç bir reaksiya verməyib.
12.06-12.08-də gözətçi gəmisi xəbərdarlıq atəşi açıb. 9 dəqiqədən sonra SU-24 təyyarəsi ingilsi gəmisinin hərəkət kursu üzrə 4 OFAB-250 bombası tullayıb.
Bundan sonra ingilis gəmisi sərhəd sularını tərk edib. İnsidentlə bağlı Britaniyanın hərbi attaşesi Müdafiə Nazirliyinə çağrılıb.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanın yeni təhlükəsizlik konsepsiyası hazırlanıb

Sonrakı məqalə

Ötən il I–IV ixtisas qrupları üzrə abituriyentlərin 42 faizdən çoxu 200-dən az bal toplayıb