“Guya ermənilər bizə sülh təklif edir” –Milli Məclisin sədri

“Erməni tərəfi elə məlumat verir ki, guya onlar bizə sülh təklif edirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, ona görə Qazaxıstanda cavab verməyə məcbur olub: “Dəfələrlə söz alaraq bu fikri çatdırdım ki, sülh təklifini edən bizik, 5 bənddən ibarət olan sənədi biz göndərmişik. Həmişə olduğu kimi onlar yanlış məlumat çatdırmağı sevirlər. Amma bu dəfə alınmadı”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.