Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Mandarini çox yemək olmaz –

Orkhan Ali 24 Dekabr 2025 - 12:53 (Last updated: 25 Dekabr 2025 - 11:31)
mandarin

Allergoloq-immunoloq Yelizaveta Sokolova mandarinlərin normadan artıq qəbulunun sağlamlıq üçün təhlükələr yarada biləcəyini bildirib.

AzPost xəbər verir ki, onun sözlərinə görə, dekabr–yanvar aylarında bu məşhur qış meyvəsi ilə bağlı şikayətlərlə müraciət edən pasiyentlərin sayı əhəmiyyətli dərəcədə artır.

Həkim qeyd edib ki, mandarin yedikdən sonra yaranan səpgi və ya qaşınma hallarının təxminən 80 faizi həqiqi allergiya deyil, qida dözümsüzlüyü – yəni psevdоallergik reaksiyadır. Bu reaksiyalar meyvənin tərkibində olan təbii maddələr – histamin, salisilatlar və parlaq piqmentlərin çox miqdarda qəbul edilməsi nəticəsində baş verir və orqanizmdə qıcıqlandırıcı təsir yaradır.

Mütəxəssis sağlam yetkin insan üçün təhlükəsiz gündəlik normanın 3–4 mandarin olduğunu bildirib. Lakin bəzi insanlarda hətta bir mandarin belə xoşagəlməz reaksiya yarada bilər. Xüsusilə üç yaşadək uşaqların və mədə-bağırsaq sistemi problemləri olan şəxslərin daha ehtiyatlı olması tövsiyə olunur. Bu qrup üçün gündə 1–2 mandarin kifayətdir və meyvə yalnız yeməkdən sonra qəbul edilməlidir.

Yelizaveta Sokolova həmçinin dərmanlarla qarşılıqlı təsir məsələsinə diqqət çəkib. Onun sözlərinə görə, mandarinlərdən yüksək dozada qəbul edilən C vitamini bəzi dərmanların, o cümlədən qan durulaşdırıcı preparatların mənimsənilməsinə təsir göstərə bilər. Buna görə də belə hallarda mütləq həkimlə məsləhətləşmək lazımdır.

Həkim vurğulayıb ki, bir axşam ərzində 10–15 mandarin yemək orqanizmə yüksək dozada histamin daxil olmasına səbəb olur və bu, böyük ehtimalla dəri reaksiyaları ilə nəticələnir. O, bayram süfrələrində mandarinləri ölçülü şəkildə yeməyi tövsiyə edib.

AzPost.az

Post navigation

Previous: “Kameraya qayıtmaqdan qorxuram” –
Next: Prezidentin Mətbuat Xidmətinin məlumatı

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.