Həbib Nurməhəmmədov döyüşdən imtina etdi

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Geyci ilə görüşdə iştirak etməyəcək.

“Report”un məlumatına görə, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun UFC 253 çempionatına qatılmayacağını söyləyib.

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüş keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ Konqresindən Ermənistanı qorxuya salan addım-

Sonrakı məqalə

“Bu məsələdə Moskvanın siyasi maraqları rol oynayır” –