Həbsdə olan Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir? –AY Partiyadan AÇIQLAMA

Aprelin 20-də barəsində həbs qətimkan tədbiri seçilmiş AY Partiya Başqanı Anar Əsədlinin ailə üzvləri ilə görüşünə icazə verilmir.
Azpost.info bildirir ki, bu barədə AY Partiyadan açıqlama verilib.
Məlumada qeyd edilir ki, ailə üzvlərinin Anar Əsədlinin saxlandığı Bakı istintaq təcridxanasına və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə görüşlə bağlı etdiyi müraciətlərə indiyədək müsbət cavab verilməyib.
Təcridxana rəhbərliyi görüş üçün idarənin icazə verməli olduğunu əsas gətirir. BMCMİ isə Anar Əsədlinin ailə üzvləri ilə görüşünə heç bir qadağa olmadığını bildirib.
Hazırda ibtidai istintaq davam edir. Vəkilinin Anar Əsədlinin barəsindəki həbs qərarının dəyişdirilməsi ilə bağlı məhkəməyə verdiyi şikayətlər təmin olunmayıb.
Azpost.info
Əvvəlki məqalə

İlin sonuna qədər Ermənistanla sülh müqaviləsi imzalanacaqmı? –

Sonrakı məqalə

Mətin Kərimli Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri təyin olunub