“Hədəfimiz Putindir” –Ukrayna Kəşfiyyat İdarəsinin rəis müavini

“Ukrayna kəşfiyyatının hədəflərindən biri Rusiya prezidenti Vladimir Putindir”.

Azpost.info RBK-ya istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski Almaniya mətbuatına müsahibəsində bildirib.

Skibitskinin sözlərinə görə, Putin GUR-un “hədəflər siyahısı”nın əvvəlində gəlir.  Çünki o, dövlət başçısı kimi nələrin baş verəcəyini əlaqələndirir və qərar verir.

Bundan əvvəl GUR-un rəhbəri Kirill Budanov Putini Ukrayna üçün “qanuni hədəf” adlandırsa da, prezidentin aradan götürülməsinin “ağılsız” iş olduğunu, ona görə də kəşfiyyatın buna cəhd etmədiyini açıqlamışdı.

Kreml isə cavab olaraq Budanovun sözlərini “dəhşətli” adlandırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.