Həftəsonu avtobus işləmirsə camaat çimərliyə necə gedəcək? –Ekspert rəyi

Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılacaq. Bununla bağlı avqustun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Söhbət əsasən SMS-lə icazə alıb yaşayış yerini tərk etmək qadağasının aradan qaldırılmasından və çimərliklərin açılmasından gedir.

Amma başqa məhdudiyyətlər, eləcə də rayonlara gediş-gəlişə qoyulan qadağa götürülmür. Artıq, məsələnin bu tərəfi sosial şəbəkələrdə də qızgın müzakirə edilir. Bəzi şəxslər narahatlıqlarını ifadə edirlər ki, rayonlara gedib-gəlməyə qoyulan məhdudiyyət götürülməsə bu çimərliklərdə sıxlığa səbəb ola bilər. Onların fikrincə, onda yenidən koronavirusa yoluxma artacaq. Bir sıra sosil şəbəkə istifadəçiləri də hesab edir ki, rayonlara gediş-gəlişin açılmaması, virusla mübarizədən çox, cərimələrin yığılmasına xidmət edə bilər.

Tibb sahəsi üzrə professor Adil Qeybulla Azadlıq Radiosuna deyib ki, sms icazənin ləğvi müsbət addımdır, amma rayonlara gediş-gəlişin açılmasına ehtiyatla yanaşblar. Onun fikrincə, bunu da etmək olardı: “Rayonlara gediş-gəlişə icazə verilməli idi. Onsuz da rayonlara gedib, gəlirlər. Kifayət qədər gedib-gələn var. Hərə bir bəhanə ilə gedir. Karantin təkcə kasıb-kusuba aid deyil. İimkan verilməlidir ki, insanlar rayonlara getsinlər. Ancaq karantin davranış qaydaları hazılamnalıdır ki, may ayındakı hallar təkrar olmasın”.

“Əhali çimərliyə necə gedəcək?”

O, hesab edir ki, çimərliklərin açılması da müsbətdir, immun sisteminin güclənməsi üçün vacibdir: “Amma burada da düşündrücü məqmalr var. Həftə sonu ictimai nəqlaiyyatın hərəkətinə qadağa qoyulur. Əhali çimərliyə necə gedəcək? qaranlıq qalır. Bir də təlimatlar olmaldıır ki, karantin davanışları pozulmasın”.

Azərbaycanin baş infeksionisti Cəlal İsayev də mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, pandemiya ilə mübarizədə müsbət dinamika var. O qeyd edib ki, yoluxmalar 200-ə qədər enib, sağalmalar yoluxmaları üstələyir: “Amma yoluxmanın 200-ə qədər enməsi, hələ rayonlara gediş-gəliş baxımından məqsəduyğun deyil. Bu yoluxmanın yenidən artmasına rəvac verə bilər. Belə şərait avqustun ortalarında yarana bilər. Əgər yoluxmalar iki rəqəmli həddə enərsə, bu sahədə dinamika birmənalı müsbət olarsa, o vaxt yeni qərarlar vermək olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı

Sonrakı məqalə

“26 min boş iş yerimiz var, vətəndaşlar isə 190 manatı tələb edirlər” –