Hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi ləğv edilib- RƏSMİ

“Müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil”.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi (XKR) pozuntusu olduğunu xatırladıb: “Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün – aprelin 11-də isə artıq 1 sutka ərzində XKR qaydalarının pozuntusu 3 810-a yüksəlib. icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”-

Sonrakı məqalə

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi