“Hər qarışı qoruyacağıq” - Bayden NATO-nun şərq cinahını “müdafiənin ön xətti” adlandırdı

“NATO-nun şərq cinahı ölkələri Alyansın kollektiv müdafiəsində ön sıralardadır”.

Azpost.info xəbər verir ki, bunu Varşavada “Buxarest doqquzluğu” sammitində (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) çıxış edən ABŞ prezidenti Co Bayden bildirib.

ABŞ liderinin sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümü yaxınlaşdıqca NATO müttəfiqlərinin birgə olmağa davam etməsi daha vacibdir: “Ona görə də bu gün sizinlə burada şəxsən görüşmək istədim. Siz NATO-nun şərq cinahı olaraq kollektiv müdafiəmizin ön xəttisiniz”.

Bayden həmçinin ABŞ-ın alyansın kollektiv müdafiə prinsiplərinə sadiq qaldığını vurğulayıb: “Biz NATO ölkələrinin hər qarışını qoruyacağıq. NATO ölkələri Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək. Bu mühüm məqamda mən ittifaqımızı möhkəm saxlamaq və təcavüzün qarşısını almaq üçün birlikdə atacağımız növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirəm”.

Azpost.info 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.