Müharibəni tənqid edən rusiyalı biznesmenin əmlakı müsadirə olundu- “The Financial Times”

Rusiya məhkəməsi iş adamı Oleq Deripaskanın Rusiyanın Ukraynaya qarşı müharibəsini tənqid etməsindən sonra onun 1 milyard dollarlıq əmlakının müsadirə edilməsinə qərar verib.

Azpost.info xəbər verir ki, “The Financial Times” iki məlumatlı şəxsə istinadən xəbər verir ki, Krasnodar məhkəməsinin qərarı əsasında “RogSibAl” şirkətində qeydiyyatdan keçmiş “İmeretinski” otel kompleksi və Soçidəki yaxta limanına həbs qoyulub.

Nəşr qeyd edir ki, Deripaska Rusiyanın Ukraynaya təcavüzü başlayandan dərhal sonra sosial şəbəkələrdəki səhifələrində Rusiyanın hərəkətlərini tənqid edən bir neçə yazı dərc edib.

“Bizə sülh lazımdır, çünki biz artıq geridönüş nöqtəsini keçmişik”, – Deripaska mart ayında yazmışdı.

Elə həmin ay Kreml biznesmendən Rusiyanın təcavüzü ilə bağlı tənqidi yumşaltmağı xahiş etmişdi. Deripaskaya yaxın mənbə bildirib ki, həmin vaxt Kreml milyarderdən sakitləşməsini istəyib.

Azpost.info

 

Əvvəlki məqalə

Paşinyan Sankt-Peterburqa səfər edəcək

Sonrakı məqalə

Şeyxülislam və dini icma rəhbərləri Laçın yolundakı aksiya ilə bağlı bəyanat yaydı