“Həyat yolunuz Vətənə xidmət nümunəsidir”- Lukaşenko Putini təbrik etdi

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Azpost.info xəbər verir ki, 0, Rusiya prezidentinin keçdiyi həyat yolunu Vətənə xidmət nümunəsi adlandırıb.

“Seçdiyiniz ömür yolu Vətənə fədakar xidmətin parlaq və inandırıcı nümunəsidir. Sizin vətənpərvərliyiniz, ölkənizin çoxəsrlik tarixi-mədəni irsinə hörmətiniz, onun maraqlarını beynəlxalq aləmdə qətiyyətlə müdafiə etməyiniz xalq tərəfindən layiqincə rəğbət qazanıb”, – Lukaşenko təbrikində bildirib.

O qeyd edib ki, Belarus Putinin ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Belarus lideri həmçinin rusiyalı həmkarına cansağlığı, tükənməz enerji, məqsədlərinə çatmaqda ailəsi, dostları və həmkarlarından dəstək arzulayıb.

Qeyd edək ki, bu gün Rusiya prezidentinin 71 yaşı tamam olur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.