Haaqa Məhkəməsindən Medvedev, Solovyov və Simonyanın həbsinə order vermək tələb olunur

Beynəlxalq İnsan Haqları Federasiyası Haaqa Məhkəməsindən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin və rusiyalı təbliğatçıların həbsinə order verilməsini tələb edib.

Azpost.info xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Telejurnalist Vladimir Solovyov, RT telekanalının baş redaktoru Marqarita Simonyan, “Rossiya Seqodnya” media qrupunun rəhbəri Dmitri Kiselev və teleaparıcı Sergey Mardanın məsuliyyətə cəlb olunması istənilir.

Qurum ukraynalıların nifrət nitqi ilə təqib edilməsində Rusiya televiziyasında dövlət təbliğatına nəzarət edən Prezident Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromovun məsuliyyət daşıdığını da bəyan edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.