Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb-YENİLƏNİB

“Səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb.

Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov APA-ya Hacıqabul rayonun sel sularının yaratdığı fəsadla əlaqədar açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib: “Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

 

**

Hacıqabulda dağlara yağan intensiv yağışlar şəhərdə ciddi fəsadlar törədib.

Saat 2 radələrində dağlara yağan aramsız sel yağışları şəhərin əksər hissələrini su altında qoyub.

Yüzlərlə evin həyəti su altında qalıb. Şəhərdaxili yollar, şəhərin mərkəzi, şəhər polis şöbəsinin ətrafı 1 metrə qədər su altında qalıb. Şirvan-Hacıqabul dəmir yolu xəttinin 30 metrə qədər hissəsi dağılıb. Bəzi istiqamətlərdə elektrik verilişi dayandırılıb. Bir neçə yerdə transformatorları su basıb. Rayon icra hakimiyyəti tədbirlər görür və təbiət hadisəsinin törətdiyi fəsadları nəticəsi barədə açıqlama verəcəkləri gözlənilir(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.